İmtahanların nəticələrini pulla aldılar


Digərləri 13 Mar 2019 11:34:00 221 0

İmtahanların nəticələrini pulla aldılar

Britaniyanın təhsil sistemini yeni qalmaqal çalxalayır. Məlum olub ki, ABŞ-dakı ən məşhur və nüfuzlu kolleclərdə övladlarının təhsil almasına çalışan onlarla valideyn SAT (Scholastic Aptitude Test) imtahanının nəticələrinin daha "yaxşı" olması üçün külli miqdarda rüşvət ödəyiblər.

Son.az Daily Mail-ə istinadən bildirir ki, övladlarının SAT testində nəticələrini "yaxşılaşdıran" valideynlərin siyahısında artıq 50 nəfərin adları var.

Onların arasında məşhurlar da yer alıblar.

Tanınmış aktrisa Felisiti Hafmman və rejissor Lori Laflinnə olayla bağlı irəli sürülmüş ittiham üzrə məhkəmə artıq başa çatıb. Hakimin qərarı ilə onların hər biri 250 min dollar məbləğində cərimələnib.

İstintaq müəyyən edib ki, Felisiti Haffman qızları Sofiya və Corciyanın ABŞ-dakı məşhur kolleclərdən birinə daxil olması üçün SAT testinin nəticələrinin saxtalaşdırılması üçün 30 min dollar ödəyib.