“Juventus bizə göz açdırmadı” - Simeone


İdman 13 Mar 2019 10:46:00 192 0

“Juventus bizə göz açdırmadı” - Simeone

Atletico-nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 finalında Juventus-a məğlubiyyəti (0:3, ilk oyun 2:0) şərh edib.

Goal.az xəbər verir ki, çalışdırıcı Turin təmsilçisinin layiqli qələbə qazandığını deyib. “Juventus, sözün əsl mənasında bizə göz açdırmadı. Qapıya sıxışmışdıq. Belə oyuna görə rəqibi təbrik etməkdən başqa əlimdən bir şey gəlmir. Səhvə yol verdik. Futolçuları nəzərdə tutmuram. Özümü deyirəm. Rəqib bütün parametrlərdə üstün oldu”, -mütəxəssis bildirib.

Simeone rəqibin hücumçusu Kriştiano Ronaldonun qələbədən sonra rəqib azarkeşlər önündə etdiyi nalayiq hərəkətə də münasibət bildirib: "O, azarkeşləri düşünürdü və Juventus kimi böyük bir klubun ruhunu nümayiş etdirdi", - Simeone qeyd edib.

Əslində isə Ronaldu Atletico Madriddə Turin klubunun qapısına vurulan qolu qeyd edən zaman (2:0) Simeonenin etdiyi nalayiq hərəkətə cavab olaraq bu jesti etmişdi.