”Pərakəndə bankçılıq xidmətləri üzrə” ilin bankı adını "Bank Respublika" qazandı


Digərləri 13 Mar 2019 11:00:00 185 0

”Pərakəndə bankçılıq xidmətləri üzrə” ilin bankı adını "Bank Respublika" qazandı

Martın 11-də Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərən Navigator.az regional biznes portalı “Navigator Business Award” mükafatının qaliblərinin adını açıqlayıb.

Bakı. Martın 11-də Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərən Navigator.az regional biznes portalı “Navigator Business Award” mükafatının qaliblərinin adını açıqlayıb. Qeyd edək ki, mükafat Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərən 26 mindən çox şirkəti əhatə edib. “Pərakəndə bankçılıq xidmətləri üzrə İlin Bankı” nominasiyasında qalib - "Bank Respublika" seçilib.