DİM magistr olmaq istəyənlərə güzəşt etdi


Digərləri 13 Mar 2019 09:21:00 244 0

DİM magistr olmaq istəyənlərə güzəşt etdi

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsindəki nəticəsi həmin mərhələ üzrə minimal bal tələbini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrlara imtahanın ikinci mərhələsində iştirak etmək imkanı veriləcək.

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən məlumata görə, imtahanın II mərhələsində onlar dövlət sifarişli yerlər üçün həmin mərhələnin nəticəsinə və iki mərhələ üzrə ümumi bala qoyulan minimal tələbləri ödəsələr belə, müsabiqə zamanı yalnız ödənişli əsaslarla olan ixtisaslaşmaları seçə biləcəklər.

Qeyd edək ki, 40 - 66 intervalında (toplanıla biləcək maksimal bal 100 baldır) bal toplayan 414 (30 - 66 intervalında bal toplayan 1058) bakalavr birinci mərhələnin nəticəsinə qoyulan minimal bal tələbini ödəsə də, hansısa imtahan fənni üzrə tələb olunan minimal balı toplaya bilməyib.