Şotlandiyada qar uçqunu nəticəsində üç alpinist ölüb, biri yaralanıb


Dünya 13 Mar 2019 08:54:00 235 0

Şotlandiyada qar uçqunu nəticəsində üç alpinist ölüb, biri yaralanıb

Şotlandiyanın Ben-Nevis dağında bir neçə alpinist qar uçqununa düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Hadisə yerinə xilasedici helikopterlər və təcili tibbi yardım həkimləri göndərilib.

Polisinin yaydığı məlumatında deyilir: "Şotlandiya polisi dağ xilasetmə əməliyyatını əlaqələndirir və hadisə qurbanlarının yaxınlarına dəstək göstərir".