TANAP kompressor stansiyalarının tikintisinin 98 faizdən çoxu başa çatıb


Digərləri 13 Mar 2019 08:48:00 205 0

TANAP kompressor stansiyalarının tikintisinin 98 faizdən çoxu başa çatıb

Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinin birinci mərhələsi çərçivəsində kompressor stansiyalarının tikintisinin 95,25 faizi başa çatıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə TANAP-ın kompressor stansiyalarının tikintisi üzrə podratçısı olan Türkiyənin "Tekfen" şirkətindən bildiriblər.

Məlumata görə, TANAP kompressor stansiyalarının tikintisi çərçivəsində ümumi işlərin isə 98,6 faizi başa çatıb:

"Mexaniki işlərin aprelin 30-dək başa çatdırılması planlaşdırılır. Kompressor stansiyalarının oktyabrın 31-dək istifadəyə verilməsi nəzərdə tutulur".

Azərbaycandakı fəaliyyətə gəldikdə isə şirkətdən bildiriblər ki, "Tekfen" hazırda Vergilər Nazirliyi üçün binanın tikintisi ilə məşğuldur.