Bu il Hindistanda 605 nəfər H1N1 virusundan həyatını itirib


Dünya 13 Mar 2019 08:16:00 247 0

Bu il Hindistanda 605 nəfər H1N1 virusundan həyatını itirib

Donuz qripi kimi tanınan H1N1 virusu bu il Hindistanda 605 nəfərin ölümünə səbəb olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Hindistan Səhiyyə Nazirliyi 2019-cu ildə 19 mindən çox insanın bu virusa yoluxduğunu bildirib. Xəstəliyin ən çox yayıldığı Racəstanda 162, Qucaratda 118, Yeni Dehlidə isə 7 nəfər H1N1 səbəbindən həyatını itirib.