"Brexit" üzrə razılaşma növbəti dəfə rədd edildi


Dünya 13 Mar 2019 08:08:00 221 0

"Brexit" üzrə razılaşma növbəti dəfə rədd edildi

Böyük Britaniyanın İcmalar palatası baş nazir Tereza Meyin Brüssellə bağladığı "Brexit" üzrə razılaşmaya qarşı səs verib.

Son.az Trend-ə istinadən bildirir ki, səsvermə krallığın telekanalları vasitəsi ilə canlı yayımlanırdı. Razılaşmaya qarşı 391 parlament üzvü, onun leyhinə isə 242 deputat səs verib.

Qeyd edək ki, razılaşmaya dair səsvermə artıq ikinci dəfə keçirilir. Keçən dəfə səsvermə 230 səs fərqi ilə iflasa uğradı.