TANAP kompressor stansiyalarının tikintisinin 98 faizdən çoxu başa çatıb


Digərləri 13 Mar 2019 07:30:42 201 0

TANAP kompressor stansiyalarının tikintisinin 98 faizdən çoxu başa çatıb

Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinin birinci mərhələsi çərçivəsində kompressor stansiyalarının tikintisinin 95,25 faizi başa çatıb

Bakı. Ləman Zeynalova - Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinin birinci mərhələsi çərçivəsində kompressor stansiyalarının tikintisinin 95,25 faizi başa çatıb. Bu barədə Trend-ə TANAP-ın kompressor stansiyalarının tikintisi üzrə podratçısı olan Türkiyənin "Tekfen" şirkətindən bildiriblər. Məlumata görə, TANAP kompressor stansiyalarının tikintisi çərçivəsində ümumi işlərin isə 98,6 faizi başa çatıb: "Mexaniki işlərin aprelin 30-dək başa çatdırılması planlaşdırılır. Kompressor stansiyalarının oktyabrın 31-dək istifadəyə verilməsi nəzərdə tutulur". Azərbaycandakı fəaliyyətə gəldikdə isə şirkətdən bildiriblər ki, "Tekfen" hazırda Vergilər Nazirliyi üçün binanın tikintisi ilə məşğuldur.