Cənubi Koreya bölünmüş ailələrin videogörüşlərinin təşkilinə çalışır


Dünya 13 Mar 2019 07:14:00 233 0

Cənubi Koreya bölünmüş ailələrin videogörüşlərinin təşkilinə çalışır

Cənubi Koreya 1950-1953-cü illər müharibəsində Koreyanın iki yerə parçalanması nəticəsində bölünmüş ailələrin videogörüşlərinin təşkilinə razılıq əldə edilməsi üçün ABŞ-la danışıqlar aparır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Cənubi Koreyanın Milli Birlik Nazirliyi məlumat yayıb. Cənubi Koreya bu cür görüşlərin Koreya Xalq Demokratik Respublikasına (KXDR) tətbiq olunan sanksiyalara münasibətdə istisna hal kimi qəbul edilməsini istəyir. Ötən həftə BMT Təhlükəsizlik Şurası bu cür görüşlərin təşkili üçün lazımi avadanlığın KXDR-ə göndərilməsinə razılıq verib. Nazirliyin mətbuat katibi Bayk Te-hyun bildirib ki, Birləşmiş Ştatlarla bu istiqamətdə aparılan danışıqlar yekun mərhələdədir.

Qeyd edək ki, Cənubi Koreya fevralın əvvəlində bu cür videogörüşlərin təşkili məsələsini qaldırıb. Bu barədə tərəflər arasında razılıq Cənubi Koreya Prezidenti Mun Ce-inin ötən ilin sentyabrında Pxenyana səfəri zamanı əldə olunub.