Dünya Səhiyyə Təşkilatı qriplə mübarizədə yeni strategiya hazırlayıb


Dünya 13 Mar 2019 00:45:00 263 0

Dünya Səhiyyə Təşkilatı qriplə mübarizədə yeni strategiya hazırlayıb

Hər il 1 milyarda yaxın insan qripə yoluxur. 3-5 milyon insanda bu xəstəlik ağır formada keçir. Hazırda Dünya Səhiyyə Təşkilatında (DST) qripi qlobal miqyaslı pandemiyanın real təhlükəsi adlandırıb, bu təhlükəli virusun profilaktikası və müalicəsi üçün yeni strategiya təqdim ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yeni strategiya 2030-cu ilədək olan dövr üçün nəzərdə tutulub.

DST-nin baş direktoru Tedros Adhanom Qebreyesus qeyd edib ki, bu gün məsələ qrip pandemiyasının olacağında deyil, onun məhz nə vaxt başlamasındadır.

"Qrip pandemiyası təhlükəsi daim mövcud olub. Həmçinin virusun heyvandan insana keçməsi riski də mövcuddur. Fikrimcə, pandemiya təhlükəsi tamamilə real ola bilər", - deyə DST başçısı bildirib.

Hər il qrip səbəbindən 290 mindən 650 min nəfərədək insan həyatla vidalaşır. Qloballaşma, urbanizasiya və əhalinin kütləvi şəkildə yerini dəyişməsi nəticədə növbəti pandemiyanın daha sürətlə yayılmasına gətirib çıxara bilər.

11 illik strategiya təsiredici milli proqramları işlənib hazırlanmasını nəzərdə tutur və üç məqsədə nail olmağa yönəldilib: mövsümi qrip hallarının sayının azaldılması, virusun heyvandan insana ötürülməsi təhlükəsinin minimallaşdırılması və ehtimal olunan pandemiyanın nəticələrinin yüngülləşdirilməsi.