Günün qoroskopu: Gərəkli işi vaxtında görməmək riski yaratmayın


Digərləri 13 Mar 2019 00:01:00 239 0

Günün qoroskopu: Gərəkli işi vaxtında görməmək riski yaratmayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - ötənlərdə baş vermiş hadisələrdən biri indi sizi ciddi narahat edəcək. Qordi düyünü təsiri bağışlayan çətinliyi həll etməyə başlayın. Gərəkli sonuc əldə edilənədək çalışın. Yeni işə başlamayın: problemlər heç az deyil.

Günün ikinci yarısında bilik, bacarıq və imkanlarınızı nümayiş etdirin. Maraqlı təkliflər eşidəcəksiniz.

Uzaqdan mühüm məlumat alacaqsınız. Sualınızı cavablayacaq insan özü də bilmədən mübhəm məqamlardan birini aşkarlayacaq.

Buğa - maddi perspektivlərinizi dəqiqləşdirin. Sərfəli olmayan, mənfəət vəd etməyən işləri dayandırın. Çoxlu qüvvə və vaxt tələb edən, amma əvəzində kiçik irəliləyiş perspektivlərinə malik prosesdən kənara çəkilin. Borcu qaytarsalar və ya gəlir əldə etsəniz, pulları xərcləməyə tələsməyin.

Günün ikinci yarısı asılılıq, köhnə əşyalar və ya mənasız əlaqələrdən qurtulmaq, yaşamınızda yük olan nəsnədən uzaqlaşmaq zamanıdır. Yeni dəyərlər əldə etmək həmişə yaxşı olmur.

İntuisiyanıza qulaq asın. Ailə üzvlərinə təzyiq göstərməyin. Pressinq zamanı deyil.

Əkizlər - ziddiyyətlər və əkslikləri, fikir ayrılıqları və tərəddüdləri ağır problemlər saymayın. Mövqelərinizin dayanıqlı olmasına çalışın. Fəaliyyətinizin effektivliyinin dayanıqlı olması üçün zəruri tədbirlərin görülməsinə ehtiyac var.

Qüvvələrinizin artımından yararlanıb ciddi üstünlüklər əldə etmək üçün qətiyyətli olun.

Ruhdan düşməyin, əsla geri çəkilməyin.

Günün ikinci yarısında emosiyalara aldanaraq düşünülməmiş qərar verməyin. Təsadüf olmayan "təsadüf" yaşana bilər. Həyat sizi seçim qarşısında qoyursa, praqmat olun. Təzyiqlərə sinə gərin.

Xərçəng - eyni vaxtda bir neçə işlə məşğul olsanız, mövqelərinizi itirə bilərsiniz. Maraq dairənizi bir qədər məhdudlaşdırın. Bütün işləri başa çatdırmaq mümkün deyil. Xəyallara qapılmayın. Yaxın ətrafınızdakı insanlardan birinin şirin vədlərinə aldanmayın.

Günün ikinci yarısında işlərdə irəliləmək üçün yeni ideyalara ehtiyac var. Planlarınızı reallaşdırmaq üçün sınanmış metodlardan istifadə edin. İntellektual fəaliyyətlə yanaşı, fiziki işi də unutmayın.

Axşam saatlarında normal istirahət etmək olar.

Şir - ikinci dərəcəli məsələlərin pərdələdiyi əsas məqamı görməyə çalışın. Ümumi ab-hava gərgindir. Ətrafdakı insanlar arasında münaqişələrin yaranması istisna deyil. Reaksiyanız sərt olmasın. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Başqalarını anlamağa can atın.

Günün ikinci yarısında önəmli məsələnin həllində kreativ olun. Çoxlu iş görə bilərsiniz. Ailə üzvləri ilə təmaslarda iradları unudun. Tənqidi ertələyin. Səhhətinizə fikir verin.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Qız - məqsədlərinizlə məramlarınız dəyişə bilər. Qarşınıza qoyduğunuz hədəfə çatmaq üçün güc, vasitə və ya gərəkli insanların diqqəti yetərsizdir. İndi nəyisə yenidən təşkil etmək çox çətindir. Hadisələr planlaşdırdığınız kimi inkişaf etmirsə, narahat olmağa dəyər.

Günün ikinci yarısında taktikanızı dəyişin. Planlar yeniliklər tələb edir. Hisslərinizdə qarışıqlıq yaratmayın. Cari situasiyanın çərçivəsində hərəkət edin, aktivlikdə ifrata varmayın. İşgüzar əlaqələriniz və şəxsi münasibətlərinizin olduğu insanlarla qayğıkeş olun.