Əl altında möhür olmasa, namazı necə qılmaq lazımdır?


Digərləri 12 Mar 2019 23:45:00 421 0

Əl altında möhür olmasa, namazı necə qılmaq lazımdır?

Cəfəri məzhəbinə əsasən, namaz zamanı möhürün, torpağın və qum, əhəngdaşı, kərpic, daş kimi süxurların, ağac və taxtanın, eləcə də, yerdən çıxan, yeyilməyən və geyilməyən bitkilərin üzərinə səcdə etmək olar.

Son.az islam.az-a istinadən bildirir ki, çox zaman rahatlıq və təbərrük məqsədi ilə torpaqdan və sudan hazırlanmış möhürün üzərinə səcdə edirlər. Əgər insan namaz qılmaq üçün möhür tapa bilməsə və yaxud möhür əl altında olmasa, yuxarıda göstərilən əşyaların üzərinə səcdə edə bilər. Məsələn, təbii mühitdə namaz qılırsa, torpağın, daşın, yarpağın, otların üzərinə alnını qoya bilər. Əgər evdə namaz qılırsa, bir ovuc təmiz torpaq, yaxud daş parçası, taxta götürüb, canamazın üstünə qoyaraq namazını qılması icazəlidir. Əgər bunları tapa bilməsə, təmiz kağız, salfet üzərinə də səcdə edə bilər. Əgər bu da mümkün olmasa, paltarının (məsələn, paltarın ətəyinin və ya qolunun) üzərinə alnını qoyması icazəlidir.