Körpə yıxıldığı zaman nələrə diqqət yetirməli?


Digərləri 12 Mar 2019 23:35:00 187 0

Körpə yıxıldığı zaman nələrə diqqət yetirməli?

Yeni valideyin olanlar övladlarını qucaqlarına alarkən həyəcan və gərginlik hiss edir. Bu narahatlıq körpələrin yıxılması ehtimalını daha da artırır. Onların aldığı fiziki zərbə bəzi hallarda ağır nəticələr də verir. Körpələr beşik, valideyin qucağı, yataq, stol, divan, və s. yerlərdən asanlıqla yıxılır. Nəticədə yara və digər xəsarətlər, o cümlədən travma yaranır. Daha balaca uşaqlarda isə yıxılma anından sonrakı 24 saat olduqca vacibdir. Yıxılan körpəyə 2 saat xüsusi diqqət edilməlidir. Bu zaman qanaxma, bir neçə dəqiqəlik qıcıolma və s. əlamətlər olarsa təcili olaraq tibb əməkdaşlarına müraciət etmək lazımdır. Lakin, təcili yardım gələnə qədər özünüz də bir neçə prosedur yerinə yetirə bilərsiniz.   Son.az medicina.az-a istinadən bu halda nə etməli olduğunuzu bildirir:

- Qusma və qısa nüddətli özündən getmə-qıcolma (sudurqa) müşahidə olunarsa uşağınızın boynunu düz tutaraq yanı üstə uzadın

- Dəyən zərbədən yaralanma sonrası qanaxma varsa təmiz dəsmalla yaranın üzərinə çox sərt olmayan formada sıxın

Bu simptomlar varsa mütləq həkimə müraciət edin!

Təhlükəli əlamətlər:

- Kiçik uşaqlarda yersiz və uzun müddətli ağlama varsa, körpəni sakitləşdirmək mümkün olmursa

- Əmgəyində şişlik yaxud digər əlamətlər olarsa

- Yuxuya meyillilik, həmişəkindən daha çox yatırsa və yaxud yatmaqda çətinlik çəkirsə

- Göz bəbəyi ölçüləri eyni deyilsə

- Təkrarlanan qusma olarsa

- Burun və ya qulaqdan sar, ağ maye gəlirsə

- Yüksək səsli və şiddətli ağlama müşahidə olunsa

- Yeriyə bilən uşaqlarda hərəkət zamanı tarazlıq pozulursa, qollarında və ayaqlarında halsızlıq olarsa