Ucarda 4 otaqlı ev yanıb


Digərləri 12 Mar 2019 23:07:00 234 0

Ucarda 4 otaqlı ev yanıb

Ucarda yanğın hadisəsi qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, rayonun Bərgüşad kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.