Şamaxıda bayram tonqalları qalanıb


Digərləri 12 Mar 2019 22:52:00 202 0

Şamaxıda bayram tonqalları qalanıb

Bu gün Şamaxı rayonunda Novruz çərşənbələrinin üçüncüsü - Yel çərşənbəsi qeyd olunub.

Xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ilə əlaqədar, Şamaxı rayonunda şənlik keçirilib. Tədbirdə ictimaiyyət nümayəndələri, rayon sakinləri, orta məktəb kollektivləri iştirak ediblər.

Son.az oxu.az-a istinadən bildirir ki, Yel çərşənbəsi münasibəti ilə bütün küçələrdə və həyətlərdə tonqallar qalanıb. Rayon mərkəzində qurulmuş bayram tonqalı ətrafında uşaqlar və gənclər rəqs edib, mahnı oxuyublar.

Martın 19-da rayon mərkəzində xüsusi bayram tədbirinin keçirilməsi planlaşdırılıb.