Okean dərinliyində nəhəng tunellər aşkarlanıb


Digərləri 12 Mar 2019 22:50:00 281 0

Okean dərinliyində nəhəng tunellər aşkarlanıb

Saskaçevana universitetinin alimləri, milyard il bundan əvvəl okeanın dibində həyat sürən çox hüceyrəli orqanizmlər tərəfindən qazılan tunellər aşkar edib.

Son.az deyerler.org-a istinadən bildirir ki, əvvəllər dənizin altında oksigenin olmaması fərziyələri var idi. Alimlər Makkenzi dağlarından götürülmüş nümunələri araşdırıblar. Məlum olmuşdur ki, daşlar bir-birini kəsişmə xətti üzrə 0,5 millimetr ölçüsündə qazılmışdır. Mütəxəssislərin fikrincə qazılmış tunellər soxulcanlar tərəfindən edilmişdir. Soxulcanların izləri 541 milyon il bundan əvvəl Kembriy dövründən xəbər verir. Bu, ilk dinozavrların əmələ gəlməsindən 270 milyon il əvvələ təsadüf edir.