Avstriya hava məkanını “Boeing 737 Max 8” təyyarələri üçün bağlayıb


Dünya 12 Mar 2019 22:16:00 229 0

Avstriya hava məkanını “Boeing 737 Max 8” təyyarələri üçün bağlayıb

Efiopiyada baş verən təyyarə qəzası dünyanın aparıcı təyyarə istehsalçılarından olan "Boeing" şirkətini çətin vəziyyətə salıb. Hazırda dünyanın bir sıra ölkələri və aviaşirkətləri "Boeing 737 Max 8" tipli təyyarələrin istifadəsini dayandırıblar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bir sıra Avropa ölkələri kimi, Avstriya da "Boeing 737 Max 8" tipli təyyarələrin bu ölkənin hava məkanına daxil olmasını qadağan edib. Avstriya Nəqliyyat Nazirliyinin qərarına əsasən, qərar martın 12-dən 13-nə keçən gecədən etibarən qüvvəyə minir.