Azərbaycanın su ehtiyatları azalır


Digərləri 12 Mar 2019 21:54:00 320 0

Azərbaycanın su ehtiyatları azalır

Azərbaycanın su ehtiyatları azalır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyəcan təbili çalır. Hidroloq Rafiq Verdiyev deyir ki, su ehtiyatlarının azalmasının əsas səbəbi son onilliklərdə baş verən iqlim dəyişmələri fonunda yağıntıların azalması və temperaturun artmasıdır.

Hidroloqun sözlərinə görə, su ehtiyatlarının azalması çay ekosistemi və kənd təsərrüfatı üçün ciddi problem yarada bilər.