Bu ayda 3 gün oruc tutana, Qiyamət günü tac qoyulacaq


Digərləri 12 Mar 2019 21:40:00 291 0

Bu ayda 3 gün oruc tutana, Qiyamət günü tac qoyulacaq

İmam Sadiq (ə) buyurur: "Qiyamət günü ərşin daxilindən çarçı car çəkəcəkdir: "Rəcəbiyyunlar haradadır?".

Bu zaman onların arasından bir dəstə ayağa qalxacaqdır. Bu, o halda olacaqdır ki, üzlərindən nur saçacaqdır. (Allah) onların başına tac qoyacaqdır.

Bu, o kəslərin muzdudur ki, Rəcəb ayında oruc tutublar. Birinci günündə, ortasında və axırıncı günündə".

Son.az deyerler.org-a istinadən bildirir ki, hicri-qəməri ilinin yeddinci ayı olan Rəcəb ayı, başqa aylarla müqayisədə xüsusi müqəddəsliyə malikdir. Quranın haram elan etdiyi aylardan biri də Rəcəb ayıdır.

Həzrət Peyğəmbər (s) buyurur: "Rəcəb - Allahın böyük ayıdır. Heç bir ay hörmət və fəzilətində ona çata bilməz. Kafirləri qətl etmək bu ayda haramdır.

Agah olun ki, Rəcəb - Allahın ayıdır. Şəban - mənim ayımdır, Ramazan ayı - mənim ümmətimin ayıdır. Əgər kimsə Rəcəb ayında bir gün oruc tutarsa - Allahı özündən razı salmış olar. İlahi qəzəb ondan uzaq olar".