Bakıda yayılmış qrip 7 yaşlı uşağın ağciyərini


Digərləri 12 Mar 2019 21:35:00 258 0

Bakıda yayılmış qrip 7 yaşlı uşağın ağciyərini

Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb İdarəsinin Ağciyər Cərrahiyyə Mərkəzində 7 yaşlı oğlan uşağı son anda ölümün əlindən xilas olunub.

Bakıda yayılmış qrip 7 yaşlı uşağın ağciyərini belə dağıtdı -2 həftə öncə qrip infeksiyası keçirmiş 7 yaşlı oğlanda valideynlərin səhlənkar yanaşması və düzgün müalicə olunmaması səbəbindən ağciyərlərin destruktiv pnevmoniyası başlamış, daha sonra xəstəlik daha da dərinləşərək ağciyərin dağılmasına, irinli empiyema və pnevmatoraks kimi ölümcül vəziyyətə gətirib çıxarmışdır.

Uşaq ağır vəziyyətdə xəstəxanaya gətirilib.  Kompüter tomoqrafiyası zamanı məlum oldu ki, ağciyər destruksiyaya uğrayıb. Uşaqda artıq ağciyər çatışmazlığı və sepsis inkişaf edib. Ona görə uşaq təcili əməliyyata alınır.

Əməliyyatı icra edən torakal cərrah, t.e.n Cəmil Ələkbərov bildirdi ki,  əməliyyatla ağciyərin çürümüş-dağılmış hissələri rezeksiya olunaraq xaric edildi, irin təmizləndi, normal tənəffüs bərpa olundu.  Uşağın plevra boşluğuna drenaj yeridilərək, 1 litrə qədər irin xaric olundu.


Xəbərə aid fotolar