Heyvanlarda bu xəstəliklərin olubolmadığı yoxlanılır Qarayara,


Digərləri 12 Mar 2019 21:18:00 348 0

Heyvanlarda bu xəstəliklərin olubolmadığı yoxlanılır  Qarayara,

Yanvar ayının ilk günlərindən başlayaraq Şəmkir rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələr aparılır.

Son.az Trend-ə istinadən bildirir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən verilən məlumata görə, Şəmkir rayonu ərazisində 58 015 baş iribuynuzlu, 270 260 baş xırdabuynuzlu, 2718 baş təkdırnaqlı, 421 900 baş quş və 12 678 arı ailəsi mövcuddur. Rayonun bütün kənd və qəsəbələrində saxlanılan heyvanlar arasında Şəmkir Rayon Baytarlıq İdarəsinin 16 sahə baytarlıq məntəqəsi tərəfindən iti yoluxucu xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər aparılır.

Hazırda Şəmkir Rayon Baytarlıq İdarəsi tərəfindən Qılıncbəyli kəndində fermer Yeganə Səfərovaya məxsus təsərrüfatda iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyi əleyhinə peyvəndləmə aparılıb. Eləcə də həmin təsərrüfatda ilin əvvəlində qarayara xəstəliyi əleyhinə profilaktik tədbir icra edilib. Ümumiyyətlə 2019-cu ilin yanvar ayından başlayaraq bu günə kimi rayonun ayrı-ayrı təsərrüfatlarında 56 535 baş iribuynuzlu, 2353 baş təkdırnaqlı heyvanda qarayara, 15 365 baş sahibli itdə quduzluq, 709 757 baş körpə cücədə ("Las-sota" ştammı ilə) nyukasl, 5880 baş iribuynuzlu (A, O, "Asiya-1", "Tur-15" tiplərinə) və 6360 baş xırdabuynuzlu (A, O tiplərinə qarşı) heyvanlar arasında dabaq xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə 1681 baş iribuynuzlu heyvandan qan nümunəsi alınaraq 8011 kvadratmetr sahədə dezinfeksiya tədbirləri görülüb.

Mart ayının ilk günlərindən isə Şəmkir Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı tətbiq ediləcək vaksinin bölgüsü aparılıb. Ümumiyyətlə rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri "soyuq zəncir" rejiminə riayət olunmaqla həyata keçirilir.


Xəbərə aid fotolar