İŞİDin anaatasız qoyduğu Həmzə:


Digərləri 12 Mar 2019 21:03:00 264 0

İŞİDin anaatasız qoyduğu Həmzə:

Həmzə Casim el-Əlinin kiçik və qorxulu bir dünyası var. 12 illik həyatı boyu Fərat çayının sahillərindən cəmi 40 km uzaqlaşıb.

İraqın Əl-Qaim şəhərindən başlayan həyat yolu indi onu "İŞİD xilafəti" kabusunun ən qaranlıq yerinə gətirib çıxarıb. 12 yaşındakı uşaq dözə bilməyəcəyi qədər çox ölüm görüb.

İndi o, kiçik dünyasının mərkəzi olan çaydan çox uzaq bir səhrada, küləklərin silkələdiyi çadırın içində, onu heç tanımayan yaşlı bir qadınla yaşayır.

İŞİD-in nəzarəti altında yaşamağın necə olduğunu soruşuram.

Gülümsəyir, "Yaxşıydı" deyir.

"Yemək azı idi, su az idi, toqquşmalar vardı. Çox ağır toqquşmalar vardı".

"Hələ də İŞİD-i sevirsənmi?" soruşuram. "Yox. Bu qədər pislik edəndən sonra niyə sevim ki?", deyir.

Həmzə İŞİD-in ana-anasız qoyduğu uşaqlardan biridir. Atası bu təşkilata qoşulanda bütün ailəsini də özüylə bərabər aparmışdı. İŞİD-ə qarşı beş ay əvvəlki hava hücumunda ölüb, Həmzənin anası, bacıları və qardaşlarıyla birlikdə.

İŞİD milyonlarla insana zərər verib. İraqda, Suriyada və Liviyada onları qorxudaraq evlərini tərk etməyə məcbur edib.

BMT İŞİD-in yezidi kürdlərinə qarşı zorakılığını soyqırım adlandırıb.

Bu təşkilat təkcə düşmənlərinə yox, öz üzvlərinə də zülm verib.

Qadınlar və uşaqlar qaçqın düşərgələrinə yerləşdirirlir.

Sülh sazişinə görə 6 mindən çox qadın, uşaq və yaralı döyüşçü İŞİD-in zəbt etdiyi əraziləri tərk edib.

İŞİD-in "genişlənən xilafət" xülyası Bağuz kəndindəki bərbad bir düşərgədə sona çatıb.

İŞİD ərazilərini tərk edənlər boş bir çöllüyə yığışıblar. Burada onları qeydiyyata alıblar. Çölün çox sərt havası var, gələnlərin çoxu xəstədir, insanlar tualet ehtiyaclarını açıq havada qarşılayırlar.

Bir müddət qalandan sonra onların çoxunu Haseke şəhəri yaxınlığında yerləşən Əl Havl kəndindəki düşərgəyə aparırlar.

Yiyəsiz əşyalar səhraya səpələnib.

Mən çadırda Həmzəylə söhbət edəndə bayırda acı bir səssizlik vardı. Hələ ki, bu gün düşərgəyə yeni "İŞİD qaçqınları" gəlməyib. Dünən gecə gələnləri mal-qara daşıyan yük maşınlarına mindirib Əl Havl kəndinə aparacaqlar.

Qadın və uşaqların hamısı qadın döyüşçülər tərəfindən yoxlanır. Amma barmaq izlərinin götürülüb-götürülmədiyi və ya şəkillərinin çəkilib-çəkilmədiyi bilinmir.

Yaralı kişilərinsə şəkilləri çəkilir, biometrik məlumatları toplanır. Bundan sonra onları düşərgəyə göndərirlər. Hər hansı cinayət əməli törədib-törətmədikləri barədə sorğu-sual məhdud çərçivədədir.

Kürd döyüşçülərin bu insanları nə qədər saxlayacaqları məlum deyil. Bəzi kişilər bir neçə ay sonra azad olunmağı gözlədiklərini deyirlər.

Son həftələrdə minlərlə insanın İŞİD ərazilərindən qaçdığı bildirilir.

Qaçqınlardan biri deyir ki, Hələbdə dayə işləyib. Qeydiyyat yerində söhbət etdiyim bu şəxs saxlama müddətini başa vurub əzizlərinin yanına gedəcəyini söyləyir: "Ailəmlə, anamla birlikdə yaşayacam. Ən yaxşısı budur".

Bir başqası - Əbubəkr əl Ənsari isə heç peşman deyil: "Bütün müsəlmanlar bu işin bitməsinə kədərlənəcəklər, çünki ayrıca bir dövlətlərinin olmasını özləri istəyirdilər. Digər müsəlman ölkələrində azad şəkildə ibadət edib rahat yaşaya bilməyəcəklər" deyir.

Az sonra hər ikisini kürdlərin nəzarəti altındakı düşərgəyə aparırlar.

Çölün ortasında yiyəsiz əşyalar tapıram: düşərgə tonqalında yandırılmış, parçalanmış mobil telefonlar, iki hissəyə parçalanmış USB naqilləri və s.

Əşyalar arasında izçi qızların şəkilləri də var.

Şəkillər də vardı tapdıqlarımın arasında - bir izçi qrupundan biri başıbağlı olmaqla, dörd gənc qızın şəkli. Görəsən, bu qızlardan hansı Əl Havl düşərgəsinə gedib?