BDU-da Novruz bayramı və Yel çərşənbəsinə həsr olunmuş tədbir keçirilib (FOTO)


Digərləri 12 Mar 2019 20:13:22 189 0

BDU-da Novruz bayramı və Yel çərşənbəsinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı Dövlət Universitetində Novruz bayramı və Yel çərşənbəsi münasibətilə tədbir keçirilib.

Bakı. Bakı Dövlət Universitetində (BDU) Novruz bayramı və Yel çərşənbəsi münasibətilə tədbir keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, BDU-nun rektoru Elçin Babayev universitet kollektivini təbrik edib, hər birinə sağlamlıq, firavan həyat arzulayıb. Müqəddəs dəyərlərimizin təşəkkülünə töhfələr verən, milli ənənə və dəyərləri qoruyub saxlayan Novruzun tarixi və mahiyyəti barədə danışan rektor Elçin Babayev bu bayramın ümidin, təbiətin yeniləşməsinin, eləcə də dostluğun, sülh və əməkdaşlığın təzahürü olduğunu diqqətə çatdırıb.