Dünyanı gəzən cütlüyün ölümə aparan səfəri...


Dünya 12 Mar 2019 19:54:00 213 0

Dünyanı gəzən cütlüyün ölümə aparan səfəri...

Martın 10-da Efiopiyada qəzaya düşən təyyarədə ölən 157 nəfər arasında 3 Rusiya vətəndaşı da olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, onlardan ikisi Rusiyanın məşhur bankı "Sberbank"ın əməkdaşları Yekaterina və Aleksandr Polyakova cütlüyü olub.

Beş ildir ailəli olan və dünyanın bir çox ölkəsini gəzən cütlük ölümündən öncə sosial şəbəkədə video paylaşıb. 28 yaşlı Yekaterina tərəfindən çəkilən görüntüdə onun əri ilə birlikdə Əddis-Əbəbədən Nayrobiyə uçan "Ethiopian Airlines" reysini gözlədiyi görünür.