Azərbaycanlı kapitan Bosfor boğazını bağlamaqla hədələyir


Dünya 12 Mar 2019 19:59:00 180 0

Azərbaycanlı kapitan Bosfor boğazını bağlamaqla hədələyir

İstanbulda həbs edilən və göyərtəsində rusiyalı dənizçilər olan "Streamline" gəmisinin azərbaycanlı kapitanı Bəhmən Bağırov Bosfor boğazını bağlayacağı ilə hədələyir.

Son.az Oxu.az-a istinadən bildirir ki, səbəb kimi B.Bağırov "Akca Shipping" şirkətinin dənizçilərə 10 aydan çox maaş verməməsini göstərib.

Tələblər arasında işçilərə əmək haqqının ödənilməsindən əlavə, rusiyalı dənizçilərin dəyişdirilməsi də yer alıb.

Əgər onun tələbləri yerinə yetirilməsə B.Bağırov çərşənbə günü Bosfor boğazını bağlaycaq.

"Dünən İstanbul limanın cənubunda dayanmağımızdan 10 ay ötdü. Düz 10 aydır ki maaşsız qalmışıq, iyunun 1-dən ailələrimiz bir qəpik belə almayıblar. Əvvəllər bizə heç olmasa yalandan nəsə deyirdilər, ümid verirdilər", - gəminin kapitanı deyib.