Məhkəmə sədrinin oğlu bölmə rəisi təyin edildi


Digərləri 12 Mar 2019 19:17:00 249 0

Məhkəmə sədrinin oğlu bölmə rəisi təyin edildi

Daxili işlər orqanlarında yeni təyinat olub.

Son.az ONA-ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl tutduğu vəzifədən azad edilərək sərəncama götürülən Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Ruslan Zeyqəm oğlu Hüseynov yeni vəzifəyə təyin edilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə R. Hüseynov Bakının Nərimanov Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi vəzifəsinə təyinat alıb.