Paşinyan Ermənistan prezidentini Xankəndindəki tədbirə dəvət etməyib


Dünya 12 Mar 2019 18:29:00 247 0

Paşinyan Ermənistan prezidentini Xankəndindəki tədbirə dəvət etməyib

Ermənistan prezidenti Armen Sarkisyan martın 12-də Azərbaycanın işğal altında olan Xankəndi şəhərində keçirilən Ermənistan Təhlükəsizlik Şurasının iclasına qatılmaqdan imtina edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Sarkisyanın mətbuat xidmətindən bildirilib ki, ona tədbirdə iştirakla bağlı dəvət martın 11-də gecə saatlarında çatdırılıb: "Prezident texniki səbəblərə görə Təhlükəsizlik Şurasının iclasında iştirak edə bilməyəcək".

Qeyd edək ki, martın 11-də Ermənistan baş naziri Nikol Paşinyan, xarici işlər naziri Zöhrab Mnatsakanyan və Milli Təhlükəsizlik Xidmətinin başçısı Artur Vanetsyan Dağlıq Qarabağa gəliblər. Bu gün Xankəndi şəhərində N.Paşinyanın sədrliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının toplantısı keçiriləcək.