Dövlət Məşğulluq Xidməti növbəti “Karyera sərgisi”ndə iştirak edib (FOTO)


Digərləri 12 Mar 2019 18:23:00 193 0

Dövlət Məşğulluq Xidməti növbəti “Karyera sərgisi”ndə iştirak edib (FOTO)

Ümumilikdə 80 iri müəssisənin iştirak etdiyi tədbirdə tələbə və məzunlara məşğulluq, iş, təcrübə imkanları təklif edilib.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti “ASAN Konüllülük” məktəbinin “ASAN kadr” Karyera mərkəzi və Baki Ali Neft Məktəbinin tələbə və məzunlar üçün birgə təşkil etdiyi 2-ci “Karyera sərgisi”ndə iştirak edib. Nazirlikdən Trend-ə verilən məlumata görə, sərgi tələbə və məzunların əmək bazarına çıxış və karyera imkanlarının artırılmasına, gənclərin, işəgötürənlərlə ilkin əlaqələr qurmalarına şərait yaradılması məqsədi daşıyıb.