Heydər Əliyev Beynəlxalq Aeroportunda hava hərəkətinin təşkili üzrə yeni texnologiyalar tətbiq ediləcək (FOTO)


Digərləri 12 Mar 2019 18:28:00 208 0

Heydər Əliyev Beynəlxalq Aeroportunda hava hərəkətinin təşkili üzrə yeni texnologiyalar tətbiq ediləcək (FOTO)

Pilotsuz uçan aparatların uçuşlarının idarə olunması və nəzarət mərkəzi Heydər Əliyev Beynəlxalq Aeroportunda yaradılacaq.

Bakı. Madrid şəhərində World ATM Congress 2019 tədbiri çərçivəsində “Azəraeronaviqasiya” HHİ (AZANS) direktoru Fərxan Quliyev və aviasiyada kommunikasiya və informasiya texnologiyaları sahəsində aparıcı təşkilat olan SİTA-nın vitse-prezidenti Stefan Eqli arasında görüş keçirilib. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşün yekunlarına görə "Azərbaycan Respublikasının aeronaviqasiya sistemində rəqəmsal texnologiyalarin tətbiqi üzrə texniki qərar” («Technical Solution for Implementation of Digital Technologies in Azerbaijan ANS System») adlı sənəd imzalanıb. ATC Data Link “hava-yer” məlumat ötürmə sistemi sayəsində AZANS bölgədə pilot və dispetçer arasında rabitə yaradılması və Azərbaycan Respublikasının hava məkanından isifadə edən aviaşirkətlər üçün meteoroloji məlumatların ötürülməsinin, aeronaviqasiya məlumatının generasiyasının asanlaşdırılması sahəsində ATIS, D-VOLMET, DCL və CPDLC kimi müasir rəqəmsal texnologiyaları istifadə etməyə başlayan ilk Hava Hərəkəti İdarəsi olmağı planlaşdırır. Bundan başqa, Madrid şəhərində World ATM Congress 2019 çərçivəsində “Azəraeronaviqasiya” HHİ (AZANS) “EHANG” və “Abraham Technologies” LTD şirkətləri ilə birgə Yeni nəsil pilotsuz aparatların uçuşlarının idarə olunması və nəzarət sisteminin unikal layihəsini təqdim edib.