Prezident İlham Əliyev Naxçıvan MR-də lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsinə maliyyə vəsaiti ayırıb


Digərləri 12 Mar 2019 18:07:02 218 0

Prezident İlham Əliyev Naxçıvan MR-də lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsinə maliyyə vəsaiti ayırıb

Prezident İlham Əliyev Naxçıvan MR-də lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsinə maliyyə vəsaiti ayırıb.

Bakı. Prezident İlham Əliyev çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 449 min manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılsın. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin