Bu şəxslərin əməliyyatdan sonrakı bərpasının dövlət hesabına həyata keçirilməsi


Digərləri 12 Mar 2019 17:59:00 200 0

Bu şəxslərin əməliyyatdan sonrakı bərpasının dövlət hesabına həyata keçirilməsi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi orqan transplantasiyasının həyata keçirilməsi ilə bağlı təkliflərini açıqlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, Dövlət Agentliyinin Tibbi sığorta siyasəti və kliniki kodlaşdırma şöbəsinin müdiri Şərafət İsmayılova orqan transplantasiyası üzrə hazırlanan yeni qanun layihəsinin dinləmələrində layihəyə əlavə edilməsi üçün bəzi təkliflər hazırladığını söyləyib.

Ş.İsmayılova bildirib ki, meyitlərdən orqanların götürülməsi işini tibb fəaliyyətlə məşğul olmayan Koordinasiya Mərkəzi həyata keçirməlidir.

Transplantasiya üçün nəzərdə tutulan orqanların və toxumaların daşınması işinə xüsusi lisenziyası olan müəssisələr cəlb edilməlidir.

Şöbə müdiri qeyd edib ki, əməliyyatı gözləyən şəxsin adı gözləmə siyahısına əlavə edildikdə, şəxs növbədə neçənci olması barədə məlumatlı olmalıdır.