Real-dan Solariyə iş təklifi


İdman 12 Mar 2019 16:29:00 214 0

Real-dan Solariyə iş təklifi

Real-ın dünən baş məşqçi postundan göndərdiyi Santyaqo Solari klubda qala bilər.

Goal.az-ın məlumatına görə, bunu "kral klubu"nun prezidenti Florentino Peres söyləyib.

O bildirib ki, 43 yaşlı mütəxəssisə akademiyada çalışmağı təklif edib: "Solari bu klubun bir hissəsidir və Real-ı sevir. Bura onun evidir. Əgər istəsə, qala bilər".

Santyaqo Solari təklifi qəbul etsə, klubun akademiyasına qayıdacaq.