21 yaşlı qız pul almaq üçün qolunu kəsdirdi


Digərləri 12 Mar 2019 16:24:00 305 0

21 yaşlı qız pul almaq üçün qolunu kəsdirdi

Sloveniyanın paytaxtı Lyublyananın sakini, 21 yaşlı qız sığorta almaq üçün qolunu kəsib. O, təqribən 400 min avro məbləğində sığorta almağı düşünürdü.

Son.az BBC News-a istinadən bildirir ki, qızın sağ qolunu biləkdən qohumları kəsiblər. Onlar dərhal təcili yardım çağırıblar və həkimləri inandırmağa çalışıblar ki, qız ağacların budaqlarını kəsəndə bədbəxt hadisə baş verib.

Qız və onun ailə üzvləri sığorta ilə yanaşı, əlilliyə görə ömürlük təqaüdə də bel bağlamışdılar.