Məşhur qatil həbsxanada öldü:


Digərləri 12 Mar 2019 16:14:00 225 0

Məşhur qatil həbsxanada öldü:

Təkcə Şotlandiyanın yox, dünyanın ən qəddar qatillərindən sayılan Anqus Sinkler həbsxanada həyatla vidalaşıb. 73 yaşlı cinayətkar təbii səbəblərdən vəfat edib.

Son.az bizimyol.info-ya istinadən xəbər verir ki, Sinkler bir neçə dəfə insult keçirmişdi. 2014-cü ildə 37 il həbs cəzası alan şotlandın səhhəti çox korlanmışdı. 16 yaşından həbsxana həyatına alışan Sinkler dəfələrlə son anda ölümdən qaça bilmişdi.

Şotland cinayətkarı beş il əvvəl iki qızın - Kristina İdi və Helen Skottun ölümünə görə həbs etmişdilər. Şotlandiya məhkəməsi onda tarixinin ən sərt qərarını çıxarmışdı.

Anqus Sinkler və qurbanları: Frances Barker, Hilda McAuley, Agnes Cooney və Anna Kenny


Xəbərə aid foto