Unibankdan biznesə bayram hədiyyəsi: hesab aç, bank əməliyyatlarını pulsuz et!


Digərləri 12 Mar 2019 16:19:00 223 0

Unibankdan biznesə bayram hədiyyəsi: hesab aç, bank əməliyyatlarını pulsuz et!

Unibank Novruz bayramı münasibəti ilə biznes sahibləri üçün kampaniya keçirir. Kampaniya müddətində Unibankda ilk dəfə hesab açan korporativ  müştərilər, bir sıra məhsul və xidmətlərdən pulsuz istifadə imkanı qazanacaqlar. Kampaniya aprelin 30-dək davam edəcək.

Kampaniyada müddətində bankda hesab açan biznes sahibləri aşağıdakı hədiyyələri əldə edəcəklər:

1 ədəd pulsuz biznes kart; Pulsuz POS- terminal qoşulması; 1 aylıq pulsuz hesablaşma kassa əməliyyatları:

1.Konvertasiya;

2.Pul köçürmələri (AZN);

3.Valyuta köçürmələri;

4.Cari hesablardan nağd pulun çıxarılması (kartlardan ATM və Posterminal vasitəsi ilə nağlaşdırma və 1% vergi tutulması istisna olmaqla).