Rus kəşfiyyatçısı Koşelyevlə Sevinc Osmanqızını nələr birləşdirir?


Digərləri 12 Mar 2019 16:07:00 231 0

Rus kəşfiyyatçısı Koşelyevlə Sevinc Osmanqızını nələr birləşdirir?

Son.az musavat.com-a istinadən yazını təqdim edir.

Vətəni, hətta yaşadığı Amerikanı Mayamidəki 261 min dollarlıq evə, maddi gəlirə dəyişməyin peşmanlığı varmı...

Bizə bir ox atdı, özünü vurdu...

Bizi aşağılamasaydı, bu yazı olmayacaqdı. Amma heç cür dayana bilmədi. Hörmətli Sevinc Osmanqızı canlı yayınlarından birində Azərbaycanda media məsələsini qaldırdı və xaricə sığınmış bir həmkarı ilə bərabər efirdə ünvanımıza aşağılayıcı ifadələr işlətdi. Hansı ki, cəmisi 2 il yarım əvvələcən indi bəyənmədiyi "Yeni Müsavat" qəzeti ilə işləməyə hazır idi və hətta ön anlaşma da vardı...

Lakin o, qəfildən radikallaşdı, qəribə, anlaşılmaz bir statusda ortaya çıxdı; iqtidarı, varlığının artıq 24-cü ilindən başlayaraq, kəskin tənqidlərə məruz qoydu. Sonra müxalifətin içərisində özünə düşərgə seçdi, efirdə jurnalistlikdən çox jandarmalıq yapdı. Birini sevdi, birini söydü, birinə dəli dedi...

Özü bilər; qarışmadıq, maraqlanmadıq. İndiyə qədər də ünvanına güldən ağır bir ifadə yazmadıq. Hətta onun hakimiyyətə (bir sıra hallarda Azərbaycan dövlətinə) qarşı anlaşılmaz, nizamsız informasiya bombardımanına kəskin cavab verən həmkarlarımızı da ara-sıra qınadıq ki, bir narazı qadındır, niyə bu qədər üstünə gedirsiz ki...

Ta bizə də 'ox' atana qədər...

Bunca sayğısızlığı ünvanımıza yapanı, bizi aşağılayanı biz nədən və niyə qoruyaq ki?

Onu bir az efirdən diqqətlə izlədik, bir az da dostlarımızın yardımı ilə lap yaxından, burnunun dibindən. Bəli, Amerikada yalnız onun dostları yoxdur ki... Bizim də var...

Ortaya qəribə bir araşdırma çıxdı. Faktlar gözləmədiyimiz halda, çox şaşırdıcıdır. Sən demə, Amerikada yaşayıb, Rusiya xüsusi xidmət orqanlarının əlaltısı da olmaq olarmış...

Maraqlıdır, necə?

ABŞ-dakı azərbaycanlı dostlarımızın vasitəsi ilə ancaq faktlara söykənən bir bu yazıya diqqət edin!

Beləliklə, Sevinc Osmanqızı hekayəsinin bəzi görünməyən tərəfləri. Oxuyun, düşünün, qərar verin!

****

Osmanqızı Bakıdan niyə və necə qaçdı?

Sevinc Osmanqızı təxminən 2012-ci ildə ABŞ-a Vaşinqton şəhərinin yaxınlığında yerləşən Virciniya ştatının Arlington şəhərinə azyaşlı iki - oğlan və qız övladı ilə birlikdə köçüb. Məndəki dəqiq məlumata görə, o vaxtlar "ANS"in müxbiri olmuş Sevinc xanıma Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən hərtərəfli köməklik olunub. S.Osmanqızı da öz növbəsində xeyli müddət Azərbaycan səfirliyi ilə əməkdaşlıq edib. O, nəinki heç zaman müxalifətçi olmayıb, hətta tam əksinə, o zaman Azərbaycan hökumətinə qarşı fəaliyyət göstərməyə çalışan bəzi Avropa ölkələrində yaşayan mühacirlərlə mübarizəyə hazır olduğunu bəyan edirdi. Əlimdəki səhih məlumata görə, bunun qarşılığında yeganə istəyi maddi ehtiyaclarının ödənilməsi idi.

--------------------------------------------------------------------------------------------------------

"O, ünsiyyətdə olduğu şəxslərə daim gileylənirdi. Deyirdi ki, az pul qazanır. Ancaq "müxtəlif insanlardan təkliflər" alır və ona deyiblər ki, malik olduğu bacarıqları dövlətə qarşı işlədərsə, çoxlu maddi imkan əldə edə bilər. O vaxtlar o, həmçinin hansısa özəl əsasda rus dilindən ingiliscəyə tərcümələr də həyata keçirirdi. Bu xətlə də sonradan Sevinc Osmanqızı Rusiyanın ABŞ-dakı səfirliyi ilə də təmaslar yarada bilib. Ya da Rusiya səfirliyi onunla əlaqə qurub"

--------------------------------------------------------------------------------------------------------

Sonradan Sevinc Osmanqızı ilə onun Azərbaycanda yaşayan həyat yoldaşı, "CBC" telekanalının direktoru Azər Xəlilov arasında böyük bir qalmaqal meydana gəldi. Bu qalmaqal Sevincin ailənin ümumi nikahdan olan azyaşlı övladlarını həyat yoldaşından icazəsiz, fırıldaq yolu ilə ABŞ-a aparması ilə bağlı olub. O, əslində övladları ilə birlikdə İstanbula istirahətə getmək üçün ərindən icazə alsa da, paralel olaraq ABŞ-ın Azərbaycandakı səfirliyindən viza alıb (səfirlik həyat yoldaşının icazəsini yoxlamağa borclu deyil) və övladlarını da götürərək Azərbaycandan Türkiyəyə uçub. Türkiyədən isə uşaqlarını ABŞ-a qaçırıb. Beləliklə də, S.Osmanqızı həyat yoldaşının etibarından sadəcə sui-istifadə edərək, ABŞ-a formal olaraq tam qanuni əsaslarla getməyib.

Bununla belə, ABŞ-da məskunlaşmağa nail olmuş Sevinc Osmanqızı həyat yoldaşı tərəfindən övladlarının əlindən alına biləcəyi ilə bağlı daima xof içində idi. Bu amili onu həmin zamanlarda tanıyan çox adam təsdiqləyə bilər. Ən böyük təsdiqçisi də bizik! "Yeni Müsavat" qəzeti və müxbirləri həmin periodda xof və qorxu içində olan Sevinc Osmanqızının bütün xahişlərini, qarşı tərəfin cavab haqqını da pozmaqla, sözsüz icra edib. Biz o zaman S.Osmanqızına tərəf çıxdıq və buna görə də həm təhdid, həm də töhmət altında qaldıq. Sevinc Osmanqızının indi bəyənmədiyi "Yeni Müsavat" qəzetinə dəstək yalvarışları arxivlərdə və evrəndə qalmaqdadır...

Vəziyyətdən çıxış yolu axtardı və...

Beləliklə, Sevinc vəziyyətdən çıxış yolu axtarır və müxtəlif adamlarla məsləhətləşirdi. Görünür, aldığı məsləhətlərə uyğun olaraq, S.Osmanqızı 2015-ci ilin sonlarında ABŞ hökumətindən siyasi sığınacaq istəmək qərarına gəlib. O, bu istəyini guya Azərbaycan hökuməti tərəfindən təqib olunması ilə əsaslandırmışdı.

Ümumiyyətlə, "ANS"-dən məvacib almasına baxmayaraq, Sevinc Osmanqızı ilk vaxtlar ABŞ-a köçən bütün digər yeni mühacirlər kimi maddi cəhətdən korluq çəkirdi. Onu yaxından tanıyan Amerikadakı dostlar deyirlər ki, jurnalist fəaliyyətindən istifadə edərək özü ilə Azərbaycandan müəyyən maddi vəsaiti Vaşinqtona gətirsə də, bununla bağlı gömrük bəyannaməsində heç bir qeyd yazmayıb (ABŞ-a 10000 dollardan çox nağd pul gətirilərkən mütləq deklarasiya təqdim olunmalıdır)...

--------------------------------------------------------------------------------------------------------

"Sevinc Osmanqızı rus səfirliyində müşavir Serqey Koşelyev ilə də tanış olub. ABŞ-dakı diplomatik korpusda yayılmış informasiyaya əsasən, Koşelyev adi müşavir deyildi: bu şəxs RF Xarici Kəşfiyyat Xidmətinin ABŞ-da fəaliyyət göstərən zabiti idi"

--------------------------------------------------------------------------------------------------------

Bir zamanlar Sevincin yaxın əhatəsində olmuş dostlarımız daha sonra nə deyirlər? İqtibas: "Birləşmiş Ştatlarda o, daim yeni gəlir mənbələrinin axtarışında olub. Qısa zaman ərzində tədbirlərdə iştirak edərək Fətullah Gülən icması ilə əlaqəli "Türk Amerika Alyansı" ilə təmas yaratmağı bacardı, onların maddi yardımından istifadə etməyə başladı. "Gülən camaatı" isə ənənəvi taktikasından istifadə edərək S.Osmanqızının timsalında yeni tərəfdaş əldə etməyə nail olmuşdu. Hətta iddialara görə, Sevinc Osmanqızı 2016-ci ildə "ANS" TV-nin ABŞ-dakı xüsusi müxbiri Qənirə Ataşovanın F.Güləndən geniş rezonans doğurmuş müsahibə almasında da böyük rol oynayıb. Lakin bu münasibətlər dərinləşmədi və uzun sürmədi". 

2016-cı ilə qədər Vaşinqtondakı AR səfirliyinə işləyib...