Bakı Ali Neft Məktəbində “ASAN Kadr” Karyera mərkəzinin 2ci Karyera sərgisi keçirildi


Digərləri 12 Mar 2019 15:47:00 197 0

Bakı Ali Neft Məktəbində “ASAN Kadr” Karyera mərkəzinin 2ci Karyera sərgisi keçirildi

12 mart 2019-cu il tarixində "ASAN Könüllülük" Məktəbinin "ASAN Kadr" Karyera mərkəzi və Bakı Ali Neft Məktəbinin birgə əməkdaşlığı ilə 2-ci Karyera sərgisi keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev,  Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, müxtəlif yerli və xarici müəssisələrin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqları salamlayaraq artıq ikinci ildir ki, keçirilən Karyera sərgisinin gənclərin həyatına müsbət təsirini qeyd edib. Həm potensial kadr axtarışında olan şirkətləri, həmçinin işlə təmin olunmaq arzusunda olan gəncləri bir araya gətirən bu sərginin əhəmiyyətindən danışan rektor bu kimi layihələrin gənclər üçün təşkil edilə biləcək ən yaxşı sosial məsuliyyət layihələrindən biri olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "ASAN Kadr"  Karyera Mərkəzi vasitəsi ilə yüzlərlə gənc və şirkətlər arasında əlaqə yaradıldığını, onların işlə təmin olunmasına köməklik göstərildiyini bildirib. Dövlət Agentliyinin sədri, həmçinin Karyera sərgisinin təşkil edilməsində göstərilən dəstəyə görə BANM rəhbərliyinə öz təşəkkürünü bildirib.

Gənclərin məşğulluğunun artırılmasına yönəlmiş karyera sərgisində vətəndaşlara məşğulluq, iş, təcrübə imkanları təklif edilib, habelə müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyət qurmağa şərait yaradılıb.


Xəbərə aid fotolar