Əməliyyata ehtiyacı olan orqanların tapılmaması...


Digərləri 12 Mar 2019 15:39:00 192 0

Əməliyyata ehtiyacı olan orqanların tapılmaması...

"Bu gün xeyli sayda Azərbaycan vətəndaşı orqan transplantasiyası əməliyyatı gözləyir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov orqan transplantasiyası üzrə keçirilən dinləmələrdə çıxış edərkən deyib.

Ə.Əmiraslanov bildirib ki, orqan transplantasiyası son 50 ildə inkişaf etməyə başlayıb. Son illərdə isə bu sahə geniş vüsət alıb. Hər il dünyada 120 mindən çox orqan transplantasiyası əməliyyatı icra edilir. Amma dünyada pasientlərin orqan transplantasiyasına olan ehtiyacı bu göstəricidən daha çoxdur.

Komitə sədri bildirib ki, Azərbaycanda da orqan transplantasiyası sahəsində irəliləyiş var və çox sayda əməliyyatlar icra edilir: