Nazir: "Azərbaycan və Rusiya ticariiqtisadi əməkdaşlığı fəal inkişaf etdirir"


Digərləri 12 Mar 2019 14:17:00 230 0

Nazir: "Azərbaycan və Rusiya ticariiqtisadi əməkdaşlığı fəal inkişaf etdirir"

Azərbaycan və Rusiya strateji tərəfdaşlardır və ikitərəfli əməkdaşlığı, o cümlədən ticari-iqtisadi əməkdaşlığı fəal inkişaf etdirir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev "Azərbaycan Respublikası investisiya layihələrinin reallaşdırılması yolunda: "Qazprombank"ın imkanları" mövzusunda biznes-seminarda deyib.

Nazirin sözlərinə görə, bugünədək Rusiya Azərbaycan iqtisadiyyatına 4,2 milyard dollar, Azərbaycan isə Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox investisiya yerləşdirib. İki ölkə arasında ticarət dövriyyəsi bir il ərzində 20 faiz artaraq 2,55 milyard dollar təşkil edib.

Ş.Mustafayev Azərbaycanda sənaye layihələrinin reallaşdırılmasında fəal iştirak edən "Qazprombank"ın rolunu qeyd edib. O, bu layihələr arasında "SOCAR Polymer" zavodunun tikintisini vurğulayıb: