BMqTnin Azərbaycandakı nümayəndəliyinin rəhbəri dəyişdi


Digərləri 12 Mar 2019 14:17:00 205 0

BMqTnin Azərbaycandakı nümayəndəliyinin rəhbəri dəyişdi

Şimali Makedoniyadan olan Vladimir Qyorqyiev (Gjorgjiev) Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri kimi fəaliyyətə başlayıb.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən Son.az-a verilən məlumata görə, milli və qlobal səviyyələrdə satınalma siyasəti və sistemləri; beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq; əməliyyatlar, nəqliyyat və yük logistikası; hüquq məsələləri, fəlakət riskinin azaldılması və ona hazırlıq, eləcə də miqrantların könüllü qayıdışı və inteqrasiyası proqramlarında 20 ildən artıq təcrübəyə sahibdir.

Qyorqyiev Amman son təyinatından öncə Nayrobi və Skopye şəhərlərində satınalma və mülklərin idarə olunması üzrə BMqT mütəxəssisi kimi fəaliyyət göstərib. BMqT-yə 1999-cu ildə qoşulan Qyorqyiev 2005-ci ilədək Şimalı Makedoniya və Şərqi Timorda əməliyyatlar, satınalma və proqram sahələrində müxtəlif vəzifələrdə çalışıb.

2005-2007-ci illərdə İndoneziyada logistika məmuru, 2007-ci ildən 2017-ci ilədək Manila İnzibati  Mərkəzində (Filippin) BMqT-nin qlobal tədarük və təchizat bölməsinin rəhbəri olub.


Xəbərə aid foto