Şamaxıda zəlzələdə evləri dağılan ailələr üçün 44 mənzilli bina inşa edilir


Digərləri 12 Mar 2019 13:27:00 241 0

Şamaxıda zəlzələdə evləri dağılan ailələr üçün 44 mənzilli bina inşa edilir

Fevralın 5-də Şamaxı rayonunda baş vermiş güclü zəlzələ nəticəsində evləri qəzalı vəziyyətə düşən ailələr üçün 4 mərtəbəli yeni yaşayış binası inşa edilir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Şamaxı rayon İcra Hakimiyyətinin baş memarı, rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Rüstəm Əliyev deyib.

Onun sözlərinə görə, artıq binanın tikintisinə başlanılıb: "Bina 2 giriş bloklu, 4 mərtəbəli və 44 mənzildən ibarət olacaq. Bina yalnız zəlzələ nəticəsində evləri kəskin qəzalı vəziyyətə düşən ailələr üçün inşa edilir. Elə fərdi yaşayış evləri var ki, kəskin qəzalı vəziyyətdədir və həmin evlərin yerində mənzil tikmək mümkün deyil. Prezidentin göstərişi ilə həmin ailələr üçün yeni bina inşa edilir".