"Reket"likdə təqsirləndirilən baş redaktorun məhkəməsi başladı


Digərləri 12 Mar 2019 13:18:00 201 0

"Reket"likdə təqsirləndirilən baş redaktorun məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən İkram Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Əlövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İ.Rəhimovun vəkili Elçin Sadıqov bildirib ki, ittiham aktını bu gün əldə edib. Vəkil müvəkkilinin barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini və cinayət işinə xitam verilməsini istəyib.

Hakim deyib ki, vəkil vəsatətini yazılı şəkildə təqdim etməlidir.

Proses martın 13-dək təxirə salınıb.