“Ögey münasibət İkardini daha çox incidir”- agenti


İdman 12 Mar 2019 13:15:00 231 0

“Ögey münasibət İkardini daha çox incidir”- agenti

İnter-in forvardı Mauro İkardinin həyat yoldaşı və agenti Vanda Nara futbolçunun klubdan ayrılmaq istəmədiyini deyib.

Goal.az xəbər verir ki, Vanda İnter-lə münasibətləri yoluna qoymağa çalışdığını bildirib. “Mauro ayrılmaq niyyətində deyil. Hazırda əlimdən gələni edirəm ki, anlaşılmazlığı aradan qaldırım. Həyat yoldaşım dizindən aldığı zədədən əziyyət çəkir. İnanın, yalan demirəm. Sağlamlıq indi onun üçün daha önəmlidir. Komandanın ögey münasibəti İkardini daha çox incidir. Ümid edirəm ki, problemi həll edə biləcəyəm”,- agent bildirib.