Azərbaycanda su ehtiyatları 1015 faiz azalıb


Digərləri 12 Mar 2019 13:05:00 200 0

Azərbaycanda su ehtiyatları 1015 faiz azalıb

Son onilliklərdə baş verən iqlim dəyişmələri fonunda yağıntıların azalması və temperaturun artması nəticəsində ölkədə su ehtiyatları 10-15 faiz azalıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, bu prosesin müxtəlif iqlim ssenarilərinə əsasən gələcəkdə də davam etməsini nəzərə alaraq, təbii sərvətimiz olan sudan səmərəli istifadə olmasına nail olmaq lazımdır.

U.Tağıyeva deyib ki, bu ilin mart ayının 6-dan 18-dək ölkədə çaylarımızı qidalandıran qar ehtiyatlarını qiymətləndirmək üçün Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərinə ekspedisiyalar təşkil edilib.