ITU: Azərbaycanda İKT sahəsi dövlətin düzgün strategiyası sayəsində inkişaf edir


Digərləri 12 Mar 2019 12:48:34 196 0

ITU: Azərbaycanda İKT sahəsi dövlətin düzgün strategiyası sayəsində inkişaf edir

Azərbaycanda İKT sahəsi dövlətin düzgün strategiyası və dövlətlə özəl sektor arasında uğurlu əməkdaşlıq sayəsində inkişaf edir

Bakı. Sara İsrafilbəyova - Azərbaycanda İKT sahəsi dövlətin düzgün strategiyası və dövlətlə özəl sektor arasında uğurlu əməkdaşlıq sayəsində inkişaf edir. Trend-in məlumatına görə, bunu Beynəlxalq Elektrorabitə İttifaqının (ITU) MDB ölkələri üzrə Regional şöbəsinin rəhbəri Kirill Oparin Bakıda kibertəhlükəsizlik həftəsi çərçivəsində keçirilən “Dayanıqlı və təhlükəsiz bulud mühiti” konfransında deyib. O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Davos forumunda çıxışı zamanı ölkənin inkişafının innovasiyalardan və yeni texnologiyaların tətbiqindən asılı olacağını deyib: