Kapital Bankın Baş Korporativ Satış inzibatçısı Fərid Hidayətzadə: "Təqdim etdiyimiz yeni məhsullar ənənəvi biznes kreditlərindən daha sərfəlidir"


Digərləri 12 Mar 2019 12:30:00 295 0

Kapital Bankın Baş Korporativ Satış inzibatçısı Fərid Hidayətzadə: "Təqdim etdiyimiz yeni məhsullar ənənəvi biznes kreditlərindən daha sərfəlidir"

Son zamanlar ölkədə Kiçik və Orta Sahibkarlığın inkişafına böyük önəm verilir. Sahibkarların daha səmərəli və şəffaf işləməsi üçün bütün zəruri şərait yaradılır. Təbii ki, sahibkarlığın inkişafı üçün maliyyələşmə kanalının olmasına böyük ehtiyac var. Bu səbəbdən də Kapital Bank sahibkarların maliyyələşməsi istiqamətində yeni məhsullar təqdim edir, həmçinin bir sıra aksiya və kampaniyalar keçirir. Kapital Bank-ın Baş Korporativ Satış inzibatçısı Fərid Hidayətzadə məhsulların şərtləri və yeniliklər barədə olan suallara cavab verib.

- Fərid müəllim, Kapital Bank-ın yeni təqdim etdiyi Ticarət əməliyyatlarının maliyyələşdirilməsi məhsulları nələri əhatə edir və kimlər üçün nəzərdə tutulub?

- Əvvəlcə onu qeyd edim ki, Ticarət əməliyyatlarının maliyyələşdirilməsi - Faktorinq, Satışın maliyyələşdirilməsi və Təchizat öncəsi maliyyələşdirmə  olmaqla üç məhsuldan ibarətdir. Bu məhsullardan hüquqi şəxs və fərdi sahibkarlar rahatlıqla istifadə edə bilər. Xüsusən də, əsas hədəfimiz olan kiçik və orta sahibkarlıqla (KOS) məşğul olan müştəriləri nəzərə alaraq, bu məhsullar üzrə bazara əlverişli şərtlər təqdim edirik.

Biz geridə qoyduğumuz 2018-ci il ərzində ilkin Faktorinq məhsulunu test etdik. Nəticələrin uğurlu alındığını və bu növ məhsullara bazarda yetərincə tələbat olduğunu nəzərə alaraq, kütləvi satışlarına start verdik.

- Az öncə qeyd etdiyiniz, Faktorinq, Satışın maliyyələşdirilməsi və Təchizat öncəsi maliyyələşdirmə məhsullarının mahiyyəti və üstünlükləri nələrdən ibarətdir?

- Öncə onu qeyd etmək istərdim ki, bu məhsullar müştərilərə dövriyyə vəsaitlərindən rahat və sürətli istifadə imkanı verir. Belə ki, Faktorinq və Satışın maliyyələşdirilməsi məhsullarından istifadə zamanı satıcı, satdığı malın dəyərinin alıcı tərəfindən ödənilməsini gözləmədən, etdiyi satış dəyərinin 90%-ə qədərini Kapital Bank tərəfindən dərhal əldə edə bilir. Təchizat öncəsi maliyyələşdirmə məhsulundan istifadə zamanı isə satıcı, alıcı ilə bağladığı müqavilə və ya ondan qəbul etdiyi alış sifarişi əsasında Kapital Bank-a müraciət etməklə, təchiz ediləcək mallar və ya görüləcək işlər üzrə öncədən maliyyələşmə əldə edə bilir. 

Ticarət əməliyyatlarının maliyyələşdirilməsi məhsullarının üstünlüklərinə gəldikdə isə, əsas olaraq girov tələbinin olmadığını qeyd etmək olar. Bundan başqa satıcı biznesini davam etdirmək üçün satış dəyərinin 90%-ə qədərini Kapital Bank-dan əvvəlcədən alıb, daha rəqabətə davamlı məhsullar təklif etmək imkanına malik olur. Həmçinin bu məhsulun alıcıdan avans tələb etməməsi, məzənnə dəyişikliyi, inflyasiya və likvidlik risklərinin olmaması kimi üstünlükləri də vardır. 

Daha anlaşıqlı olması üçün bir-neçə sadə nümunə üzərindən davam etmək istərdim. Misal üçün, sahibkar 10000 manatlıq satış edib. Amma müştəri ilə malın dəyərinin 90 gün sonra ödənilməsini haqqında razılıq var. Bu halda sahibkar bu satışı təsdiq edən sənədlərlə Kapital Bank-a müraciət edərək, Faktorinq və ya Satışın maliyyələşdirilməsi məhsullarından istifadə edə bilər. Nəticədə o, 90 gün gözləmədən 10000 manatın 90%-ə qədərini, yəni 9000 manatını dərhal alacaq. Qalan hissəni isə alıcı, ödənişi edən zaman əldə edəcək.

Yaxud təsəvvür edin ki, sahibkar çox önəmli bir müştəridən dəyəri 50000 manat olan sifariş qəbul edib. Amma həmin sifarişi icra etmək üçün hazırda kifayət qədər vəsaiti yoxdur. Bu zaman sahibkar, bu sifarişi təsdiq edən sənədlərlə birgə Kapital Bank-a müraciət edib, Təchizat öncəsi maliyyələşdirmə məhsulunu götürə bilər. Sifariş dəyərinin 90%-ə qədərini, yəni 45000 manatını öncədən əldə edib, sifarişi rahatlıqla icra etmək olar. Alıcı isə öz növbəsində əvvəlcədən avans ödənişi etmədən, sifariş icra olunduqdan sonra onun tam dəyərini ödəyir.   

- Bəs nəyə görə müştərilər onlara daha yaxşı məlum olan biznes kreditindən deyil, bu məhsullardan istifadə etməlidirlər?


Xəbərə aid fotolar