CinemaPlus kinoteatrında “Çat Kapı aşk” filminin mətbuat konfransı keçirilib VİDEO FOTO


Digərləri 12 Mar 2019 12:33:00 194 0

CinemaPlus kinoteatrında “Çat Kapı aşk” filminin mətbuat konfransı keçirilib  VİDEO  FOTO

CinemaPlus kinoteatrında “Çat Kapı aşk” filminin mətbuat konfransı keçirilib

CinemaPlus kinoteatrında "Çat Kapı aşk" filminin mətbuat konfransı keçirilib.

Martın 11-də "CinemaPlus Gənclik Mall" kinoteatrında "Cinemazadeh" istehsalı olan və Turkiyədə çəkilmiş "Çat Kapı Aşk" romantik filmin mətbuat konfransı keçirilib. 

Mətbuat konfransında Türkiyənin məşhur aktyorları Müge Boz, Nergis Kumbasar, azərbaycanlı aktyor Elməddin Cəfərov və filmin baş prodüseri Cəfər Axundzadə iştirak ediblər.

Filmin rejissoru Erhan Baytimur, ssenari müəllifləri Deniz Güney və Nesrin Zamur, operatoru isə Ömer Yılmazdır. Ekran işinin bəstəkarı Rüstəm Zeynallıya, musiqi tərtibatı isə Aynur Axundzadəyə məxsusdur.  Rollarda Jess Molho, Müge Boz, Nergis Kumbasar, İbrahim Selim, Elməddin Cəfərov və başqaları çəkiliblər.

Qısa məlumat: Bir gün həyatının sevgisi ilə qovuşacağına inanan gənc heykəltəraş qız Su (Müge Boz), onunla bir binada yaşayan, daima özünü narahat hiss edən və bu narahatlığına müxtəlif yollarla son qoymağa çalışan vəkil Arasla (Jess Molho) rastlaşır və ona aşiq olur. Arasla Sunun arasında məhəbbət macərası yaşansa da, onların bir yerdə olmasına ciddi əngəllər var. Aras  problemləri həll etməyənə qədər Su ilə münasibətdən qaçmağa çalışır. Həmin binada guya ki, qapıçı işləyən, əslən azərbaycanlı Nəriman isə (Elməddin Cəfərov) tamam başqa bir məqsəd güdür və o, Sudan kömək istəməyə məcbur olur.


Xəbərə aid fotolar