"Bakı bulvarında mazut qoxusundan hərəkət etmək olmur" Deputat


Digərləri 12 Mar 2019 12:05:00 207 0

"Bakı bulvarında mazut qoxusundan hərəkət etmək olmur"  Deputat

Bakı bulvarında mazut qoxusundan hərəkət etmək olmur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Elmira Axundova deyib.

E.Axundova bildirib ki, paytaxt Bakıda ekoloji vəziyyət dözülməzdir: "Bakı bulvarı bərbad gündədir. Mazut qoxusu hər tərəfi bürüyür. Nə üçün həmin ərazi təmizlənmir? "Ağ şəhər" ərazisində də vəziyyət pisdir. Hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu istiqamətdə daha ciddi işləməlidir".