Əlilliyi olan şəxslərin peşə təhsili müəssisələrində təhsil haqqı


Digərləri 12 Mar 2019 11:54:00 238 0

Əlilliyi olan şəxslərin peşə təhsili müəssisələrində təhsil haqqı

Azərbaycanda əlilliyi olan şəxslərin dövlət peşə təhsili müəssisələrində təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna dəyişiklik edilir.

Qanunun 20-ci (Əlilliyi olan şəxslərin təhsili və peşə hazırlığı) maddəsinə edilən dəyişikliyə əsasən, əlilliyi olan şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.